Netanyahu: “İran ABŞ və İsrailin birgə zərbəsindən qorxur” – VİDEO

Netanyahu: “İran ABŞ və İsrailin birgə zərbəsindən qorxur” – VİDEO

Hazırda oxunan: Netanyahu: “İran ABŞ və İsrailin birgə zərbəsindən qorxur” – VİDEO
259170
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsrailin baş naziri Benyamin Netanyahu “Fox Business Network” telekanalına müsahibəsində İranın nüvə və raket proqramlarının ölkəsi üçün birbaşa təhlükə yaratdığını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail mətbuatı yazıb.

Onun sözlərinə görə, İran ballistic raket istehsalını davam etdirsəydi, beş il ərzində 20 min raketə sahib ola bilərdi ki, bu da nüvə silahı ilə silahlanmış iki ölkəyə bərabər təhlükədir. O, bu planların qarşısının uğurla alındığını vurğulayıb.

Trampın İranın zənginləşdirilmiş uranı hücumdan əvvəl gizlətməsinə inanmaması ilə bağlı açıqlamasına toxunan Netanyahu əlavə edib: “Biz uranın yerini bildiyimizi düşünürük, qismən yerin altındadır, amma dəqiq məlumat yoxdur”.

Netanyahu bildirib ki, İran nüvə silahından istifadə edə bilər və bu, “İsrailin və yəhudi tarixinin sonu” ola bilər.

O, ABŞ ilə birgə keçirilən son əməliyyatı “güc, sürpriz və böyük uğur” kimi dəyərləndirərək, Trampa və “cəsur Amerika pilotlarına” təşəkkür edib. (Independent Farsi)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO