Pezeşkian: "İranın nüvə silahı əldə etmək niyyəti yoxdur"

Pezeşkian: "İranın nüvə silahı əldə etmək niyyəti yoxdur"

Hazırda oxunan: Pezeşkian: "İranın nüvə silahı əldə etmək niyyəti yoxdur"
254940
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran Prezidenti Məsud Pezeşkian İsrailin hərbi təcavüzünə qarşı İran xalqını birliyə və həmrəyliyə çağırıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, dövlət başçısı bu barədə parlamentdə çıxışı zamanı danışıb.

"Biz müharibə istəməmişik və onu başlayan tərəf olmamışıq. Ölkəmizin yüksəkrütbəli hərbçilərini və alimlərini biz yox, bu terrorçular öldürüblər. Biz təcavüzkar deyilik", - deyə Pezeşkian bəyan edib.

Prezidentin sözlərinə görə, hazırkı mərhələdə ölkənin sabitliyi üçün xalqın birliyi hər zamankından daha vacibdir.
 

"Bu gün birliyə və həmrəyliyə hər zamankından çox ehtiyacımız var. Bütün İran xalqı vahid cəbhə kimi təcavüzə qarşı çıxmalıdır", - deyə o vurğulayıb.


Pezeşkian həmçinin bildirib ki, İranın nüvə silahı əldə etmək niyyəti yoxdur, lakin xalqın dinc məqsədli nüvə enerjisinə sahib olmaq hüququnu heç kim əlindən ala bilməz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO