Bu ölkə Mərkəzi Afrika Dövlətləri İqtisadi Birliyindən çıxdı

Bu ölkə Mərkəzi Afrika Dövlətləri İqtisadi Birliyindən çıxdı

Hazırda oxunan: Bu ölkə Mərkəzi Afrika Dövlətləri İqtisadi Birliyindən çıxdı
253730
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ruanda Mərkəzi Afrika Dövlətləri İqtisadi Birliyindən (ECCAS) çıxdığını elan edib.

Bizim.Media xəbər verir ki, Ruanda bu qərarını üzv kimi hüquqlarının dəfələrlə pozulması və təşkilatın öz əsas prinsiplərinə əməl etməməsi ilə əsaslandırıb.
 

Ruanda Xarici İşlər Nazirliyi verdiyi bəyanatda bildirib ki, hökumət "artıq öz əsas prinsiplərinə əməl etməyən və üzərinə düşən vəzifələri yerinə yetirməyən bir təşkilatda üzv qalmağın mənasız olduğunu" düşünür.


Nazirlik qeyd edib ki, təşkilatın iyunun 7-də Ekvatorial Qvineyanın Malabo şəhərində keçirilmiş 26-cı illik sammiti bu qərarın qəbul edilməsində həlledici rol oynayıb.

Belə ki, təşkilat əsasnaməsinin altıncı bəndinə zidd olaraq, Ruandanın növbəti dövri sədrlik hüququnu nəzərə almayıb.

Qeyd edək ki, Mərkəzi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECCAS) 1983-cü ildə yaradılmış regional əməkdaşlıq təşkilatıdır. Mərkəzi Afrikanın 11 ölkəsi (Anqola, Burundi, Kamerun, Ekvatorial Qvineya, Çad, Mərkəzi Afrika Respublikası, Qabon, Konqo Respublikası, Konqo Demokratik Respublikası, Ruanda və San-Tome və Prinsipi) təşkilatın üzvüdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO