Rusiyada azərbaycanlılar buzlu çayda boğulan qızı belə xilas ediblər - FOTO/VİDEO

Rusiyada azərbaycanlılar buzlu çayda boğulan qızı belə xilas ediblər - FOTO/VİDEO

Hazırda oxunan: Rusiyada azərbaycanlılar buzlu çayda boğulan qızı belə xilas ediblər - FOTO/VİDEO
238438
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İki azərbaycanlı, İvanovo sakini, 19 yaşlı Emil İbrahimov və onun əmisi bakılı Vüqar Abdullayev şəhərin mərkəzində Uvod çayını keçmək istəyərkən buzun dəliyinə düşən yeniyetmə qızı xilas ediblər.

Bizim.Media xəbər verir ki, bu məlumatı İvanovo Millətlər Evinin mətbuat xidməti yayıb.

Kişilər şəhəri gəzərkən təsadüfən çayın ortasında buzun dəliyinə düşərək oradan çıxmaq üçün uğursuz cəhd edən qızı görüblər.

Onlar çaya düşərək kəmərlərini çıxarıb bir-birinə bağlayıblar. Sonra Emil boğulan qıza mümkün qədər yaxın olmaq üçün buzun üstünə uzanıb və bağlanmış kəmərin bir ucunu ona tərəf atıb. Qız kəməri tutanda Vüqar qardaşı oğlunu sahilə çəkməyə başlayıb. Onlar bu yolla qorxmuş qızı çıxara biliblər.

İxtisasca xilasedici olan Vüqar Bakıda yaşayarkən bir neçə dəfə batan şəxsləri Xəzər dənizinin dalğaları arasından çıxararaq onların həyatını xilas edib.




Rusiyada azərbaycanlılar buzlu çayda boğulan qızı belə xilas ediblər - FOTO/VİDEO - foto 1
Rusiyada azərbaycanlılar buzlu çayda boğulan qızı belə xilas ediblər - FOTO/VİDEO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO