Qəza törədən sürücü vurduğu avtomobilin sahibinə yazılı bir məktubunda digər sürücülərə örnək olacaq addım atıb.xa0
Moderator.az xəbər verir ki, hadisə Türkiyədə Kırşəhərdə baş verib. Belə ki, öz avtomobilini park edərkən digər avtomobili vuraraq qəza törədən Səlcuq adlı sürücü avtomobil sahibini orda görmədiyi üçün yazılı məktub qoyub.xa0
Məktubda isə bu sözləri yazıb: “Qardaşım, avtomobilimi park edərkən sənin avtomobilinin arxa lampasını qırdım. Telefon nömrəmi yazıram, əlaqə saxla görüşək”.xa0
Avtomobili ziyan görən Murad adlı sürücü isə sonradan məktub vasitəsi ilə onunla görüşüb anlaşıb. Dəymiş ziyan digər sürücü tərəfindən ödənilib.xa0
Vasif Əlihüseyn



































































































