215 uşağın sümük qalıqları TAPILDI – ŞOK HADİSƏ 

215 uşağın sümük qalıqları TAPILDI – ŞOK HADİSƏ 

Hazırda oxunan: 215 uşağın sümük qalıqları TAPILDI – ŞOK HADİSƏ 

22893

Kanadanın Kamlups şəhərində köhnə kilsənin internat məktəbinə aid ərazidə 215 uşağın sümük qalıqları aşkar edilib.

Bizim.Media xəbər verir ki, sümük qalıqları tapılan uşaqların bəzilərinin 3 yaşında olduğu məlum olub.

Sümük qalıqlarına rast gələn mütəxəssislər mənzərədən şoka düşdüklərini deyiblər. 2, 3 və 4 yaşlarında olan uşaqların ölümləri barədə bu günə qədər heç yerdə açıqlanmadığı qeyd edilib. 

Bölgədə qazıntı işlərinin hələ də davam etdiyi vurğulanıb. Kanada Baş naziri Justin Trudeau hadisəni ürək ağrısı ilə qarşılayıb. O, bu qədər uşağın hansı səbəbdən öldüyünün müəyyənləşdiriləcəyinə söz verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO