Bayden Ukraynanın 4,7 milyard dollar borcunu sildi

Bayden Ukraynanın 4,7 milyard dollar borcunu sildi

Hazırda oxunan: Bayden Ukraynanın 4,7 milyard dollar borcunu sildi
221744
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ prezidenti Cozef Bayden administrasiyası Ukraynanın 4,7 milyard ABŞ dolları məbləğində kredit borcunu silmək qərarına gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller açıqlama verib.

2024-cü ilin aprelində Konqres tərəfindən qəbul edilmiş maliyyələşmə qanununa əsasən, Ukrayna hökumətinə iqtisadi və büdcə dəstəyi üçün ümumi dəyəri 9,4 milyard ABŞ dolları olan kreditlərin yarısının silinməsi nəzərdə tutulurdu.

Bu imkan prezident Baydenə 15 noyabrdan etibarən verilib. Bu qərar çərçivəsində Ukrayna hökumətinin üzərindəki 4,7 milyard dollar kredit yükü aradan qaldırılıb.

Ümumilikdə, həmin qanun Ukraynaya Rusiyanın 2022-ci ilin fevralında başlayan hərbi təcavüzünə qarşı mübarizəsində dəstək məqsədilə 61 milyard ABŞ dolları yardım ayırıb. Bu yardım hərbi, iqtisadi və büdcə sahələrini əhatə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO