Si Cinpin Baydenlə görüşdə hansı məsələləri müzakirə etdi?

Si Cinpin Baydenlə görüşdə hansı məsələləri müzakirə etdi?

Hazırda oxunan: Si Cinpin Baydenlə görüşdə hansı məsələləri müzakirə etdi?
221054
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çin ABŞ-la sabit və sağlam münasibətlərin inkişafının tərəfdarıdır.

Bizim.Media xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Limada APEC sammiti çərçivəsində ABŞ Prezidenti Co Baydenlə keçirilən görüşdə deyib.

Görüş barədə açıqlama yayan Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Çin və ABŞ iki böyük dövlətin qarşılıqlı əlaqəsi üçün düzgün yolu tapmağa davam etməlidir. Pekin münasibətlərin sabitləşməsi istiqamətində dialoqu davam etdirməyə, əməkdaşlığı genişləndirməyə hazırdır.

Si Cinpin qeyd edib ki, Çin və ABŞ arasında ziddiyyətlər və fikir ayrılıqları qaçılmazdır, lakin onlar bir-birinin əsas maraqlarına xələl gətirməməli, münaqişə və qarşıdurmalardan bəhs etməməlidirlər.

“Əgər iki ölkə tərəfdaş olsalar və fikir ayrılıqlarını qoruyaraq ortaq nöqtələr axtarsalar, Çin-ABŞ münasibətlərində əhəmiyyətli irəliləyiş əldə edilə bilər”, - deyə Çin lideri vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO