
- A-
- A
- A+
Dünya
14:07 / 06.11.2024
1 dəq oxunma
İranda çılpaq etiraz edən gənc qız dəlixanaya yerləşdirildi - VİDEO
Hazırda oxunan: İranda çılpaq etiraz edən gənc qız dəlixanaya yerləşdirildi - VİDEO
219487
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İranın hökumət sözçüsü Fatimə Mühacirani bildirib ki, məcburi hicaba etiraz olaraq universitet həyətində geyimini soyunan tələbə Ahu Dəryayi dəlixanaya aparılıb.
Bizim.Media "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, Mühacirani qızın psixi xəstəlikdən əziyyət çəkdiyini iddia edib.
Beynəlxalq Əfv Təşkilatı məsələ ilə bağlı bəyanat yayaraq, dəlixanaya salınan qızın dərhal azad edilməsini istəyib.
Qeyd edək ki, Tehran Azad Universitetinin fransız dili və ədəbiyyatı ixtisası tələbəsi olan Ahu Dəryayi noyabrın 2-də məcburi hicaba etiraz olaraq paltarlarını soyunub və alt paltarı ilə universitetin həyətində gəzməyə başlayıb. Polislər onu bölməyə, oradan isə psixiartiya xəstəxanasına aparıblar.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün



































































































