Qasırğa 81 nəfərin həyatına son qoydu

Qasırğa 81 nəfərin həyatına son qoydu

Hazırda oxunan: Qasırğa 81 nəfərin həyatına son qoydu

217837

Filippində “Trami” tropik qasırğası səbəbindən ölənlərin sayı 81-ə çatıb, ən azı 20 nəfər itkin düşüb.

Bizim.Media xəbər verir ki, həftə ərzində “Trami”nin gətirdiyi şiddətli yağış kütləvi daşqın və torpaq sürüşmələrinə səbəb olub.

Ən çox ölüm Batanqas əyalətində (47) və Bikol regionunda (28) qeydə alınıb. Bundan başqa, infrastruktura, evlərə, kommunikasiya xətlərinə, avtomobillərə ciddi ziyan dəyib. Bir neçə hava limanında yüzlərlə uçuş təxirə salınıb. Hazırda təbii fəlakət bölgəsində itkin düşənlərin axtarışları və fəsadların aradan qaldırılması işləri aparılır.

Qeyd edək ki, “Trami” bu il Filippini vuran 11-ci qasırğadır. Ölkənin təbii fəlakətlərlə mübarizə mərkəzi 15 region üzrə 2,6 milyon nəfərin qasırğanın fəsadlarından təsirləndiyini, 320 min nəfərin daimi yaşayış yerini tərk etmək məcburiyyətində qaldığını açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO