Rusiyada elmə məlum olmayan heyvan tapıldı

Rusiyada elmə məlum olmayan heyvan tapıldı

Hazırda oxunan: Rusiyada elmə məlum olmayan heyvan tapıldı

216756
Rusiyanın Ural bölgəsində paleontoloqlara məlum olmayan heyvan növünün sümükləri tapılıb.

Moderator.az publika.az-a istinadən xəbər verir ki, tapıntını üzə çıxaran Rusiya alimləri ilə birgə heyətdə Britaniya, Avstraliya, Danimarka, Polşa, ABŞ və Fransa alimləri də olub.

Ural dağlarının mağaralarında tapılmış heyvanın sümükləri bərpa olunduqdan sonra əvvəlcə onun bizon olduğunu düşünüblər. Lakin sonra bu heyvanın indiki amerikan bizonuna bənzəmədiyini, güman ki, öküz və bizonun hibridindən yarandığını ehtimal ediblər.

Naməlum heyvanı hələlik Bizon-X adlandırıblar. Alimlər bu hibridləşmənin təxminən 120 min il bundan əvvəl baş verdiyini deyirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO