Ermənistanda qurdlu, tarakanlı, kifli ərzaqlar satılır -  FOTOLAR

Ermənistanda qurdlu, tarakanlı, kifli ərzaqlar satılır - FOTOLAR

Hazırda oxunan: Ermənistanda qurdlu, tarakanlı, kifli ərzaqlar satılır - FOTOLAR

213798
Ermənistanda iqtisadi böhran özünü dükanlarda satılan ərzaqların keyfiyyətində də göstərir.xa0

Moderator.az yazır ki, işğalçı ölkə mediasında ermənilərin satış məntəqələrində vaxtı ötmüş, xarab, kif basmış, içərisindən qurd, tarakan çıxan ərzaqların satılması haqda şikayətləri səslənməkdədir. Məsələn, Elen Qriqoryan İrəvandakı “Kayzer” supermarketindən aldığı duza qoyulmuş xiyarların içərisindən ağ qurdlar çıxdığını bildirir.xa0


Suzanna adlı qadın isə “Aror” şirkətinin istehsal etdiyi kəpəyin içində güvə görməsi haqda məlumat verib.xa0


Vusanik adlı istifadəçi “Feysbuk”daxa0 Davidaşendə “Supra” dükanından aldığı lavaşın kifləndiyini yazıb. Lavaşın istehsalçısı “Lusi Sar” furmasıdır. Ərzağın üzərində lavaşın tərkibi, kaloriliyi, saxlama şəraiti haqda heçəbir məlumat yazılmayıb ki, bu da qanun pozuntusdur.


Ruzanna adlı oxucu isə “Yerevan siti” supermarketindənxa0 aldığı manna yarmasının içərisindənxa0 3 tarakan çıxdığını bildirir...


P.S. Ermənistanın özü kimi onun vasitəsilə Azərbaycanda yaradılmış qondarma “Qarabağ məsələsi” də 30 ildir ki, qurdlanıb, kiflənib. Bu kifi, bu murdarlığı heç bir beynəlxalq təşkilat, dövlət yox, yalnız Azərbaycan xalqının sərt hərbi müdaxiləsi təmizləyə bilər...
Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO