“Qarabağ” “Sabah”ın legionerini transfer etmək istəyir

“Qarabağ” “Sabah”ın legionerini transfer etmək istəyir

Hazırda oxunan: “Qarabağ” “Sabah”ın legionerini transfer etmək istəyir
607378
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Sabah”ın ötən ilin avqustunda sıralarına qatdığı Velko Simiç “Qarabağ“ın transfer siyahısında yer alıb. 

Bizim.Media xəbər verir ki, Ağdam klubu hücumameyilli yarımmüdafiəçi ilə yaxından maraqlanır. 
 

“Köhlən atlar“ın nümayəndələri serbiyalının müqavilə ilə məxsus olduğu bağlı “Sivasspor” ilə əlaqə saxlayıb.


Onlar Türkiyə klubunun nümayəndələrindən balkanlı legionerin transfer qiymətini öyrəniblər.

“Sabah”ın bir illik icarəyə götürdüyü Simiç Premyer Liqanın geridə qalan bölümündə 11 qola imza atıb.

Simiç karyerası ərzində “Sivasspor”la yanaşı, Serbiyanın “Srvena Zvezda” (2012-2013, 2018-2021), “Zemun” (2018), “Voyvodina” (2021-2023), İsveçrənin “Bazel” (2013-2017), “Şaffhauzen” (2016), “Kyasso” (2016-2017), “Vintertur” (2017), Sloveniyanın “Domjale” (2014-2015) və Kiprin “Omoniya” (2023-2025) klublarında çıxış edib. 

Serbiyanın müxtəlif yaş qruplarından ibarət yığmalarının və əsas millinin üzvü olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO