İranda internet kəsintisi və tətbiq olunan məhdudiyyətlər ölkə iqtisadiyyatına gündəlik təxminən 80 milyon dollar ziyan vurur.
Bizim.Media “Khabar Online”a istinadla xəbər verir ki, bunu İran Ticarət Palatasının nümayəndəsi Əfşin Kolahi açıqlayıb.
Onun sözlərinə görə, internetin kəsilməsi nəticəsində yaranan birbaşa zərər 30-40 milyon dollar arasında dəyişir.
Kolahi bildirib ki, dolayı təsirlər də nəzərə alındıqda bu rəqəm gündə 80 milyon dollara qədər yüksəlir. O qeyd edib ki, bu itkilər internet məhdudiyyətlərinin iqtisadi fəaliyyətə, onlayn biznesə və vətəndaşların dolanışığına birbaşa təsirini göstərir.
Palata nümayəndəsi xəbərdarlıq edib ki, bu cür məhdudiyyətlərin davam etməsi İranın rəqəmsal iqtisadiyyatının inkişafına və biznes mühitinə ciddi zərbə vura bilər.
Bizim.Media










































































































