Overçuk Bakıya GƏLDİ

Overçuk Bakıya GƏLDİ

Hazırda oxunan: Overçuk Bakıya GƏLDİ
607367
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana səfərə gəlib.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, Overçukun Bakıda keçiriləcək iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında iştirak edəcəyi bildirilir.

Məlumata görə Overçuk Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 16 apreldə keçiriləcək 24-cü iclasının tədbirlərində iştirak etmək üçün Azərbaycana işgüzar səfərə gəlib.
 

Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin birgə sədrliyi ilə tərəflər 22 avqust 2025-ci ildə Həştərxanda keçirilən komissiyanın 23-cü iclasının qərarlarının icrasını, eləcə də Rusiya-Azərbaycan əməkdaşlığının əsas sahələrinin inkişafı üzrə fəaliyyət planının icrasını müzakirə edəcəklər.


"Görüş zamanı Rusiya və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli formatlarda ticari, iqtisadi, mədəni və humanitar əməkdaşlıqla bağlı geniş məsələlər müzakirə olunacaq", - Rusiya hökumətinin saytında yerləşdirilən məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO