100 manatların yenilənmənin əsas səbəblərindən biri budur — Ekspert

100 manatların yenilənmənin əsas səbəblərindən biri budur — Ekspert

Hazırda oxunan: 100 manatların yenilənmənin əsas səbəblərindən biri budur — Ekspert
607397
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda tədavülə yeni dizaynlı pul nişanlarının buraxılması müzakirələri artırıb. Bu proses adətən pulun daha təhlükəsiz və saxtalaşdırılması çətin olan formaya keçidini nəzərdə tutur.

Bəs, köhnə 100 manatlıq əsginasların dövriyyədə aqibəti necə olacaq və bu dəyişiklik nağd pul dövriyyəsinə, eləcə də ümumi iqtisadi mühitə hansı təsirləri göstərə bilər?

Bizim.media xəbər verir ki, məsələ ilə bağlı “demokrat.az”a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, pul nişanlarının yenilənməsi beynəlxalq təcrübədə geniş yayılmış və maliyyə sisteminin normal fəaliyyəti üçün vacib sayılan bir prosesdir.

"Müəyyən dövrlərdə yeni əskinaslar dövriyyəyə buraxılır və bir müddət köhnə pullarla paralel şəkildə istifadə olunur. Bu keçid mərhələsi bazarda sabitliyi qorumağa xidmət edir və həm vətəndaşlar, həm də biznes subyektləri üçün əlavə çətinlik yaratmır. Sonrakı mərhələdə köhnə əskinaslar banklar vasitəsilə Azərbaycan Mərkəzi Bankına qaytarıldıqca mərhələli şəkildə dövriyyədən çıxarılır və onların yerini yeniləri tutur".
 

Ekspert bildirib ki, bu yenilənmənin əsas səbəblərindən biri əskinasların üzərindəki imza məsələsi ilə bağlıdır.


"Qanunvericiliyə əsasən, pul nişanlarında Mərkəzi Bank sədrinin imzası yer almalıdır. Yeni rəhbər artıq bir neçə ildir vəzifədə fəaliyyət göstərdiyinə görə, əvvəlki imzalı əskinasların tədricən yeniləri ilə əvəz olunması prosesi həyata keçirilir".

100 manatların yenilənmənin əsas səbəblərindən biri budur — Ekspert - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO