Nəsrullahın öldürülməsinə İran agenti kömək edib? - ŞOK FAKTLAR

Nəsrullahın öldürülməsinə İran agenti kömək edib? - ŞOK FAKTLAR

Hazırda oxunan: Nəsrullahın öldürülməsinə İran agenti kömək edib? - ŞOK FAKTLAR
213670
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran agenti İsrailə Livanın Hizbullah şiə hərəkatının lideri Həsən Nəsrullahı məhv etməyə kömək edib.

Bizim.Media xəbər verir ki, bu barədə Fransanın “Le Parisien” nəşri sentyabrın 29-da Livanın təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

“Yəhudi dövlətinə Beyrutun cənub ətraflarında bir şiə liderinin olması barədə İran agenti tərəfindən məlumat verilib”, - materialda deyilir.

Hücum zamanı Nəsrullah Hizbullahın qərargahında olub. Nəşrin məlumatına görə, zərbə endirilən yerdə 30 m dərinlikdə nəhəng çala əmələ gəlib.

İsrail Müdafiə Qüvvələri (IDF) sentyabrın 27-də "Yeni Nizam" əməliyyatı zamanı hərəkatın rəhbərini, eləcə də digər Hizbullah komandirlərini öldürüb. Bildirilib ki, Hizbullah liderinin yerləşdiyi qərargaha 80-dən çox raket atılıb. İsrail Müdafiə Nazirliyinin sözçüsü Peter Lerner bildirib ki, Nəsrullahın ləğv edilməsinə səbəb onun İsraillə müharibəyə genişmiqyaslı hazırlığı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO