İranın Parisdəki konsulluğunda terrora CƏHD OLUNUB 

Hazırda oxunan: İranın Parisdəki konsulluğunda terrora CƏHD OLUNUB 

187998

İranın Parisdəki konsulluğuna əlində qumbara və ya partlayıcı jilet olan bir nəfər daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bundan sonra Parisin 16-cı məhəlləsində, Rue Fresnel ünvanında yerləşən İran konsulluğunun ərazisi polislər tərəfindən tamamilə əhatəyə alınıb.

Paris prefekti konsulluğun “müdaxilə tələbindən” sonra elit polis bölməsi olan təhqiqat və müdaxilə briqadasını (BRI) səfərbər edib. 
Şübhəli şəxs konsulluqdan çıxaraq könüllü təslim olub və  dərhal həbs olunub.

Polis qüvvələri hələ də diplomatik nümayəndəliyin ətrafındadır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO