Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Hazırda oxunan: Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır
187816
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransa Avropa İttifaqına üzv olan ölkələri arasında Rusiyadan daha çox qaz alan dövlətdir.

Bizim.Media "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, Ukraynada başladığı hərbi əməliyyatlara görə Rusiyaya qarşı kəskin mövqedə dayanmasına və üzv dövlətlərdən sanksiyaları daha da sərtləşdirməyi tələb etməsinə baxmayaraq Fransa fevralda Rusiyadan 322,3 milyon avro dəyərində qaz alıb ki, bu da yanvar ayı ilə müqayisədə 10 faizdən çoxdur.

Rusiyadan ən çox qaz idxal edən Aİ ölkələri siyahısının ikinci pilləsində Macarıstan qərarlaşıb. Bu ölkə qeyd olunan dövrdə Rusiyadan 210 milyon avro dəyərində qaz alıb.
Üçüncü yerdə isə İspaniya dayanıb. Bu Priney ölkəsi fevral ayında Rusiyaya qaz ixracı üçün 118,2 milyon avro ödəyib.

Ukrayna müharibəsindən əvvəl Rusiya hər il Avropaya 150 milyard kubmetr qaz satırdı. Lakin “Şimal axını” qaz kəmərinin 2022-ci ildə partladılmasından və Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra qaz ixracı 85 milyon kubmetrə düşüb. Hazırda sanksiyalara baxmayaraq bir sıra Avropa dövlətləri az da olsa Rusiyadan qaz almaqda davam edirlər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO