Hakan Fidanla ABŞ rəsmisi arasında Qara dəniz təhlükəsizliyi məsələləri müzakirə edilib

Hazırda oxunan: Hakan Fidanla ABŞ rəsmisi arasında Qara dəniz təhlükəsizliyi məsələləri müzakirə edilib

187344

Türkiyə Xarici işlər naziri Hakan Fidan ölkədə səfərdə olan ABŞ Dövlət katibinin müavini Con Bass ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Məlumata əsasən, görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfərinə hazırlıq prosesi, bölgədəki son hadisələr, o cümlədən İsrail-Fələstin və Rusiya-Ukrayna qarşıdurmaları, eləcə də Qara dəniz təhlükəsizliyi məsələləri müzakirə edilib.

Bununla yanaşı, enerji sahəsi və PKK/YPG, İŞİD terror təşkilatları ilə mübarizə ətrafında da fikir mübadilələri aparılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO