Keçmiş arvadını öldürmək istəyən şəxsə AĞIR CƏZA

Keçmiş arvadını öldürmək istəyən şəxsə AĞIR CƏZA

Hazırda oxunan: Keçmiş arvadını öldürmək istəyən şəxsə AĞIR CƏZA

609550

Gəncə Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhddə və qanunsuz silah saxlamada təqsirləndirilən Ayaz Qasımovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, 15 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Ayaz Qasımov keçmiş arvadı, 1978-ci il təvəllüdlü, zərərçəkmiş Gülnar Qasımovaya ona xəyanət etməsində, ailəsinin dağılmasında, tək qalmasında və uşaqları ilə münasibətlərinin pozulmasında günahlandıraraq qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlib.
 

Belə ki, təqsirləndirilən şəxs cinayətkar niyyətini həyata keçirmək məqsədilə 03 oktyabr 2024-cü il tarixdə saat 08 radələrində zərərçəkmiş şəxsin işlədiyi Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən, “Təzə bazar” kimi tanınan ticarət mərkəzinə gəlib. O, bazar ərazisində yerləşən mağazaya daxil olaraq özü ilə gətirdiyi, qanunsuz yolla əldə etdiyi qatlanan tipli ov bıçağı ilə Gülnar Qasımovaya hücum edib.


Ayaz xüsusi amansızlıq nümayiş etdirərək qadının bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib. Nəticədə o, zərərçəkmiş şəxsə ümumilikdə 20 müxtəlif dərəcəli bədən xəsarəti yetirib.

Hadisə zamanı Gülnar Qasımova yerə yıxıldıqdan sonra onun öldüyünü zənn edən Ayaz hadisə yerini tərk edib.

Lakin ərazidə olan şəxslərin tez müdaxiləsi və vaxtında çağırılan təcili tibbi yardım briqadasının göstərdiyi ixtisaslı yardım nəticəsində qadının həyatı xilas edilib. Bu səbəbdən təqsirləndirilən şəxs qəsdən adam öldürmə cinayətini başa çatdıra bilməyib.

Toplanmış sübutlara əsasən, onun əməli Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə tövsif olunub.
 

Məhkəmə iclasında ifadə verən Ayaz Qasımov özünü təqsirli bilməyərək deyib ki, Gülnar Qasımova ilə əvvəllər də aralarında mübahisələr olub. Təqsirləndirilən şəxsin sözlərinə görə, həyat yoldaşının ona qarşı münasibəti dəyişdikdən sonra o, işləmək məqsədilə Bakı şəhərinə gedib. Sonradan zərərçəkmiş şəxs boşanmaq istədiyini bildirib və bu məsələ ilə bağlı onu hüquq-mühafizə orqanlarına şikayət edib.


Ayaz qeyd edib ki, o, zaman-zaman rayona gəlsə də, hər dəfə aralarında mübahisə yarandığı üçün geri qayıdıb. Hadisə günü isə Gülnarın işlədiyi bazara gedərkən qadınım ona qarşı nalayiq ifadələr işlətməsi onun qəzəbinə səbəb olub və nəticədə bıçaqla zərbələr endirib.

Ayaz həmçinin bildirib ki, hadisədən sonra özünə də bıçaqla xəsarətlər yetirib və hər iki şəxs təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Təqsirləndirilən deyib ki, məqsədi zərərçəkmiş şəxsi öldürmək deyil, qorxutmaq olub. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO