"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Hazırda oxunan: "Bitcoin"in SON qiyməti

609567

Son sutkada kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunub.

Bizim.Media xəbər verir ki, "Coinmarketcap" platformasında “Bitcoin”in qiyməti son 24 saatda 0,33% azalaraq 77 837 ABŞ dolları təşkil edib və onun bazar kapitallaşması 1,558 trilyon dollar səviyyəsində qərarlaşıb. 

“Ethereum”un qiyməti isə 0,07% artaraq 2 332 ABŞ dollarına yüksəlib, bazar dəyəri 281,6 milyard dollar olub.

BNB 0,30% ucuzlaşaraq 630,51 dollara, “Bitcoin Cash” 1,10% ucuzlaşaraq 449,64 dollara enib. “Monero”nun qiyməti 2,26% artaraq 385 dollar, “Bittensor”un qiyməti 1,51% artaraq 250,82 dollar olub, “Zcash”in qiyməti isə 1,46% azalaraq 352,69 dollar olub.
 

Qızıla indekslənmiş tokenlərdə də dəyişiklik qeydə alınıb. “PAX Gold”un qiyməti 0,25% artaraq 4 706 dollar, “Tether Gold”un qiyməti isə 0,16% artaraq 4 700 dollar səviyyəsində olub.
Bazarın ümumi kapitallaşması son 24 saatda 0,08% azalaraq 2,6 trilyon ABŞ dollarına enib. Ümumi mənzərəsi göstərir ki, aktivlərin bir hissəsində artım olsa da, ümumi dinamika zəif olaraq qalır. “Fear & Greed Index”in 45 səviyyəsində olması investorların ehtiyatlı mövqedə qaldığını göstərir.


Analitiklər hesab edirlər ki, bazardakı qeyri-müəyyənlik əsasən qlobal makroiqtisadi gözləntilər, mərkəzi bankların faiz siyasəti ilə bağlı siqnallar və investorların riskli aktivlərə marağının zəifləməsi ilə bağlıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO