Daha bir məşhur bakılı vəfat etdi

Daha bir məşhur bakılı vəfat etdi

Hazırda oxunan: Daha bir məşhur bakılı vəfat etdi

609541

RSFSR-in əməkdar artisti, rejissor və aktyor Lev Şimelov 96 yaşında vəfat edib. 

Bizim.Media Rusiya KİV-ə istinadla xəbər verir ki, sənətçinin ölümünə səbəb insult olub.

Məlumata görə, həkimlər onun həyatını xilas etmək üçün əməliyyat keçirib, lakin nəticə əldə olunmayıb. Şimelov süni tənəffüs aparatına qoşulub və təxminən bir həftə komada qalıb.

Aktyorun tələbəsi, aktrisa Yanina Melexova Moskovski “Komsomolets” nəşrinə bildirib ki, sənətçini evində pis vəziyyətdə qohumu aşkarlayıb və dərhal xəstəxanaya çatdırıb. Onun sözlərinə görə, insult aprelin 20-də baş verib, Şimelov isə aprelin 24-də dünyasını dəyişib. Vida mərasimi Botkin xəstəxanasında keçirilib. Dəfn mərasiminin Vaqankov qəbiristanlığında baş tutacağı və tarixinin daha sonra açıqlanacağı bildirilir.

Lev Şimelov 1930-cu il yanvarın 28-də Bakıda anadan olub.

O, Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. 1961-ci ildən Azərbaycan caz orkestrində konfransye kimi fəaliyyət göstərib, 1965–1975-ci illərdə isə fasilələrlə Moskva myuzik-holunda çalışıb. 1971-ci ildən etibarən “Moskonsert”də işləyib.

1979-cu ildən etibarən məşhur “Radionyanya” verilişinin aparıcısı olub. Proqram 1989-cu ildə bağlanıb.

Qeyd edək ki, konfransye konsert və səhnə proqramlarını aparan, nömrələri elan edən və tamaşaçılarla ünsiyyət quran estrada artistidir.

Son illərdə Şimelov müasir tamaşalarda quruluşçu rejissor kimi fəaliyyət göstərib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO