“Crocus” teraktının 15 yaşlı xilaskarı İslam bu millətin nümayəndəsi imiş

“Crocus” teraktının 15 yaşlı xilaskarı İslam bu millətin nümayəndəsi imiş

Hazırda oxunan: “Crocus” teraktının 15 yaşlı xilaskarı İslam bu millətin nümayəndəsi imiş
184048
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Martın 22-də "Crocus Sity Hall"da törədilən dəşətli terror aktı zamanı 100-dən çox tamaşaçının həyatını xilas edən 15 yaşlı, İslam adlı oğlan əslən Qırğızıstan respublikasındadır.

Bizim.Media musavat.com-a istinadən bildirir ki, Qırğızıstanın Prezident Administrasiyasının informasiya siyasəti xidmətinin rəhbəri Dayırbek Orunbekov İslam Xəlilovla söhbətinin videosunu dərc edərək bildirib ki, oğlanın qəhrəmanlığı hamı ilə fəxr edir.

D.Orunbekov yazır ki, uşağın atasının adı Bəxtiyar, anasının adı Aypəridir. İslamın atası Suzakdan, anası isə Uzgendəndir.

İslam həmin gün baş verənləri belə danışıb: "Əvvəlcə adi iş günü kimi idi, sonra birinci mərtəbədən qəribə səslər gəldi. Fikirləşdik ki, bəlkə eskalator xarab olub, ya da sərxoş qrup var. Sonra insanlar qaçmağa və qışqırmağa başladılar və mən anladım ki, hər şeyi bacardığım qədər yaxşı etməliyəm. Əvvəlcə izdihamın içində olanda qorxdum, fikirləşdim ki, onlar çıxıb atacaqlar, ya qumbara tullayacaqlar, amma qapını açmağı bacardım və hamımız Ekspoya qaçdıq".

Uşağın anası Aypəri hadisədən sonra oğlunu görəndə ona görə çox qorxduğunu və ağladığını deyib. Sonra qadın oğlunu qucaqlayıb, sağ olduğuna görə şükür edib.

İndi bu uşaqla təkcə ata-anası yox, bütün qırğız xalqı fəxr edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO