
- A-
- A
- A+
Ərdoğan Putini qələbə münasibətilə təbrik edib
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı ba. tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Türkiyə lideri Vladimir Putini Rusiya Prezidenti seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib və ona Rusiya xalqının rifahı naminə fəaliyyətində uğurlar arzulayıb.
Telefon söhbəti zamanı bundan sonra da sıx qarşılıqlı fəaliyyət üçün qarşılıqlı istək ifadə olunub.
Həmçinin, beynəlxalq sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, o cümlədən Qara dəniz regionu ilə bağlı məsələlər müzakirə edilib.
Putin də öz növbəsində Ərdoğanı və Türkiyədəki bütün müsəlmanları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































