Zaxarova: “Qərb dünyada isterika yaradır”

Zaxarova: “Qərb dünyada isterika yaradır”

Hazırda oxunan: Zaxarova: “Qərb dünyada isterika yaradır”

18279

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Qərb tərəfdaşları öz problemlərinin yükünü gizlətmək üçün qəsdən bütün dünyaya bir narahatlıq hissi tətbiq etmək istəyir.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya XİN-dən ABŞ-ın yeni sanksiyalarına REAKSİYA: "Cavab qaçılmaz olacaq"


"Qərb tərəfdaşlarımız bütün dünyaya bir narahatlıq hissi tətbiq etmək istəyirlər ... isterika yaradır, narahatlıq hissi oyadırlar. Bu, qəsdən edilir ... Cavab bəllidir. Öz problemlərini həll edə bilmirlər, bu modeldən istifadə edirlər”. Zaxarova “Rusiya 1” telekanalının efirində belə deyib.

Diplomatın sözlərinə görə, yalnız son 10 gündə çox sayda material Rusiyanın guya Ukraynaya təcavüzə başlayacağına həsr olunub:

"Və tam olaraq orda bu sözlər, ifadələr yazılıb. Bundan əlavə Ukrayna texnikalarını, xüsusən tankları rus tankı kimi, Ukrayna dəmir yolu stansiyalarını ruslarınkı kimi təqdim edirlər. Bunda isə niyyətləri var, guya Rusiya Ukraynaya qarşı təcavüz kampaniyasına başlayıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO