Rusiyadakı seçkilərdə 20,23 faiz fəallıq qeydə alınıb

Rusiyadakı seçkilərdə 20,23 faiz fəallıq qeydə alınıb

Hazırda oxunan: Rusiyadakı seçkilərdə 20,23 faiz fəallıq qeydə alınıb

182770

Rusiyada bu gündən start götürən prezident seçkilərində 20,23 faiz seçici fəallığı qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Məlumata görə, 2,6 milyon seçici vaxtından əvvəl, yarım milyondan çox vətəndaş isə distant səs verib.

Gün ərzində seçki prosesinin boykot edilməsi məqsədilə seçki məntəqələrinin bir neçəsində, o cümlədən Sankt-Peterburqda, Voronej, Rostov vilayətlərində seçki qutularına boya tökülməsi, Moskvada isə seçici kabinəsinin yandırılması faktları qeydə alınıb. 
Bildirilib ki, əməli törədənlər yerli polis əməkdaşları tərəfindən saxlanılıblar, onları 5 ilədək həbs cəzası gözləyir. 

Qeyd edək ki, seçkilər martın 15-dən 17-dək keçiriləcək. Ölkə prezidenti postu uğrunda dörd namizəd – Vladimir Putin, Vladislav Davankov, Leonid Slutski və Nikolay Xaritanov mübarizə aparır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO