Türkiyədə terror aktları hazırlayan 33 nəfər saxlanıldı

Türkiyədə terror aktları hazırlayan 33 nəfər saxlanıldı

Hazırda oxunan: Türkiyədə terror aktları hazırlayan 33 nəfər saxlanıldı
181919
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Baş Təhlükəsizlik İdarəsinin əməkdaşları ölkənin şimal-qərbində yerləşən Sakarya vilayətində martın 31-nə təyin edilmiş bələdiyyə seçkiləri ərəfəsində terror aktları hazırlamaqda şübhəli bilinən 33 nəfəri saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında məlumat verib.

“Sakaryada “İslam Dövləti” ekstremist qruplaşmasına qarşı həyata keçirilən əməliyyat çərçivəsində 33 şübhəli yaxalanıb.

Onlar terror aktlarına hazırlaşır, bələdiyyə seçkiləri öncəsi terror aktları törətmək imkanlarını öyrənirdilər. Həmin şəxslər terrorizmin maliyyələşdirilməsi fəaliyyətləri kontekstində qruplaşma üçün maliyyə yardımı ilə məşğul oldular. Həmçinin müəyyən edilib ki, onlar qanunsuz mollaxanalar və mədrəsələr adı altında fəaliyyət göstəriblər”, - nazir bildirib.

Reydlər zamanı polis dövlət qeydiyyatı olmayan silah-sursat, dörd tapança və iki ov tüfəngi götürüb. Külli miqdarda xarici valyuta, terror qruplaşmasının qadağan olunmuş materialları və daxili sənədlər də müsadirə edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO