Mustafa Tlassxa0Hamada rəsmi rəqəmlərə xa0görə, 10 ”“ 25 min xa0arasında müsəlmanı qətlə yetirib.
xa0xa01982-ci ildə HAMADA NƏ BAŞ VERİB?
xa0Baas Partiyası 1963-cü ildə hakimiyyəti ələ keçirdikdən sonra ölkədə Ərəb Milliyyətçilərinin dəstəyi ilə diktatorluq rejimi qurdu. Bundan sonra ölkə dəmir yumruqla idarə edilməyə başlandı. Eyni tarixdə ölkədə hərbi vəziyyət elan edildi. Özü əsgər olan (Hava Qüvvələrinin Komandiri) Hafiz Əsədin həyata keçirdiyi dövlət çevrilişindən sonra Baas rejimi tamamilə başqa qəlibə girdi. Çevrilişdən sonra həyata keçirilən xalq səsverməsində Əsədin lider olmağı 99 faiz səslə qəbul edildi. Bu referendumla Əsədin liderliyi “qanuni”x9dləşdirildi xa0və rəhbərlikdə xa0“Yeganə Adam”x9d oldu. Məhz ölkə bu tarixdən etibarən həqiqi mənada diktatorla tanış olurdu.

xa0Əsəd ölkədə heç bir müxalif fikirli şəxslərin işləməyinə imkan vermir, kimsə baş qaldıran kimixa0 dərhal həs edilirdi.xa0 Qəzet və radiolar tamamilə dövlət inhisarında idi. Rejimin əleyhinə heç bir veriliş aparılmırdı. Məhkəmə sistemixa0 isə rejimin möhkəmlənməsi üçün işləyirdi. xa0Məhkəmələr saxta təşkil edilir,xa0 vəkillərə müdafiə hüququ verilmir,xa0 məhbuslar vəkillə təmin edilmirdi. Xüsusilə Müsəlman Qardaşlara mənsub olanlar izlənilir, təqib edilir, hərəkətləri şübhəli görülənlər Əsədin adamları tərəfindən evlərindən alınır və bunların bir çoxundan bir daha xəbər çıxmırdı. Xüsusən Müsəlman Qardaşlar Cəmiyyəti nümayəndələrinə 1970-80-ci illər arasında ciddi təzyiqlər oldu. Bu tarixlər arasında bir çox cəmiyyətə mənsub olanlar Palmira Həbsxanasında edam edildi.

Hafiz Əsədin rəhbərliyi ilə 1970 ”“ 80-ci illərdə müxalif qrupları, xüsusilə Müsəlman Qardaşları aradan qaldırmaq üçün qanlı aksiyala planlaşdırıldı. Bunlardan ən güclüsü 1982 ”“ci il xa0fevralın 2-də başladı. Başda Hama olmaqla Suriyanın şimalındakı bütün şəhərləri Müsəlman Qardaşlardan tamamilə təmizlənməsi üçün Rüfət Əsədə 12 min əsgər verildi və xüsusən müxalif ünsürlərlə əlaqəsi olan 100 ailənin bütün üzvlərini əhatə edən 5 min adamı öldürmə səlahiyyəti verildi. Rüfət Əsəd və əsgərləri evlərə girir, tanklarla evləri dağıdır, xa0hətta uşaqları ana və atalarının gözləri qarşısında öldürürdülər.

xa0Əsəd rəhbərliyinin həyata keçirdiyixa0 üsyanın tarixdə bənzərinə az rast gəlinir. Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə “Dar küçələrdən tankların və hərbi qüvvələrin keçidini asanlaşdırmaq üçün şəhərin qədim küçələrini havadan bombalayıb. Günlərlə davam edən ağır bombardmandan sonra fevralın 15-də müdafiə naziri Mustafa Tlass xa0üsyanın yatırıldığını deməsinə baxmayaraq şəhər əhalisinə qan uddurmaqda davam edirdi. xa0O xalqın hərbi qüvvələrlə pis rəftar etməsi adı altında xalqa divan tuturdu.xa0 xa0Fevralın 19-da 70 nəfər kütləvi şəkildə qətl edilib.xa0 El-Hader bölgəsində yaşayanların hamısı edam edilib. Şübhəli adı altında insanları bir əraziyə yığaraq ac-susuz buraxıblar”x9d.

xa0Rejimin həyata keçirdiyi qırğın 3 həftə davam edib.xa0 24 Fevralda onunla müsahibə aparan bir jurnalistə Əsəd şəhərdə həyatın normala döndüyünü desə də, yollar hələ də bağlı qalmışdı. Qırğından qurtulan bəzi Hamalıların dediyinə görə “çürüyən meyitlərdən gələn qoxu bütün şəhəri bürümüşdü”x9d. Dağıdılmış binaların qalıqları altında, küçələrdə yaralılar və meyitlər olub. Əsgərlər xa0meyitlərə də təcavüz ediblər. Qarşıdurmalar zamanı Hamadan olanlar və olmayanlar xüsusi amansızlıqla edam edilib.(A24.Azxa0)




























































































