Baydendən Trampla bağlı AÇIQLAMA:

Baydendən Trampla bağlı AÇIQLAMA: "Ölkəmizi keçmişə sürükləyir"

Hazırda oxunan: Baydendən Trampla bağlı AÇIQLAMA: "Ölkəmizi keçmişə sürükləyir"

179167

Donald Tramp ölkəmizi keçmişə sürükləyir.

Bizim.Media Ağ evin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Kaliforniya ştatında seçkiöncəsi kampaniyası üçün ianə toplama tədbirində çıxış edərkən deyib.

“Donald Tramp bizi gələcəyə aparmır, keçmişə sürükləyir. Biz həqiqətin tərəfdarıyıq və onun yalanlarına qalib gələcəyik”, - deyə Cozef Bayden siyasi rəqibi haqqında danışarkən bildirib.

Bundan öncə ABŞ-ın BMT-dəki sabiq daimi nümayəndəsi, Respublikaçılar partiyasından prezidentliyə namizədlik yarışında Trampa əsas rəqib olan Nikki Heyli sabiq dövlət başçısına “keçmişin iblislərinin” təsir etdiyini demişdi.
Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrına təyin olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO