Türkiyədə qızıl mədənində faciə: Şirkət rəhbəri saxlanıldı - VİDEO

Türkiyədə qızıl mədənində faciə: Şirkət rəhbəri saxlanıldı - VİDEO

Hazırda oxunan: Türkiyədə qızıl mədənində faciə: Şirkət rəhbəri saxlanıldı - VİDEO
178743
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin şərqindəki Ərzincan vilayətində mədəndə baş vermiş fövqəladə hadisə ilə bağlı aparılan istintaq çərçivəsində mədəni işlədən xarici şirkətin yerli direktoru saxlanılıb.

Bizim.Media “Haber Global” telekanalına istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayılıb.

Xatırladaq ki, fevralın 13-də “Anagold” mədənində torpaq sürüşməsindən sonra doqquz mədənçi yerin altında qalıb və onların axtarışları hələ də nəticə verməyib. Hazırda ərazidə yeni torpaq sürüşmələri baş verir.
Hadisə ilə bağlı cinayət işi açılıb və altı nəfər, o cümlədən işə götürən şirkətin nümayəndəsi olan Kanada vətəndaşı həbs edilib.

Türkiyənin Ətraf Mühit Nazirliyi şənbə günü qızıl mədəninin ekoloji sertifikatını və lisenziyasını ləğv edib.

Qeyd edək ki, “Anagold” mədəni 2010-cu ildə fəaliyyətə başlayıb. Onu işlədən şirkət 2022-ci ildə sianiddən istifadə edərək qızıl hasil etdiyinə görə cərimələnib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO