Rusiyada yaşayan azərbaycanlılar 4 məntəqədə səs verirlər - FOTO

Rusiyada yaşayan azərbaycanlılar 4 məntəqədə səs verirlər - FOTO

Hazırda oxunan: Rusiyada yaşayan azərbaycanlılar 4 məntəqədə səs verirlər - FOTO
176941
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ölkəmizin Rusiyadakı səfirliyində, eləcə də Sankt-Peterburq və Yekaterinburqdakı baş konsulluqlarında Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə keçirilir.

Bizim.Media xəbər verir ki, Azərbaycanın Moskvadakı səfirliyində iki seçki məntəqəsi - 19 saylı Nərimanov birinci seçki dairəsinin 42 saylı və 19 saylı Nərimanov birinci seçki dairəsinin 43 saylı seçki məntəqələri yaradılıb.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunda 19 saylı Nərimanov birinci seçki dairəsinin 44 saylı seçki məntəqəsi fəaliyyət göstərir.

Sankt-Peterburq şəhəri və Leninqrad vilayətində, ətraf ərazilərdə yaşayan Azərbaycan vətəndaşlarının səsvermədə iştirakı üçün fərdi avtobus reysləri təşkil olunub.

Yekaterinburqdakı baş konsulluğumuzda 19 saylı Nərimanov birinci seçki dairəsinin 45 saylı seçki məntəqəsi yaradılıb. Burada Rusiyanın Ural Federal Dairəsində və ətraf regionlarda yaşayn Azərbaycan vətəndaşları səs verəcəklər.

Qeyd edək ki, səsvermədə 18 yaşına çatmış, daimi və ya uzun müddət Rusiya Federasiyasının ərazisində yaşayan Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Bunun üçün seçki məntəqəsinin nümayəndələrinə Azərbaycan vətəndaşının etibarlı pasportunu və ya şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır.
Seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 19:00-dək açıq olacaq. Məntəqələr aşağıdakı ünvanlarda yerləşir: Moskva şəhəri, Voznesenski döngəsi, ev15; Sankt-Peterburq şəhəri, 2-ci Sovetskaya küçəsi, ev 27; Yekaterinburq şəhəri, Karl Libknext küçəsi, ev 5.

Rusiyada yaşayan azərbaycanlılar 4 məntəqədə səs verirlər - FOTO - foto 1
Rusiyada yaşayan azərbaycanlılar 4 məntəqədə səs verirlər - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO