Vatikanda “göy qurşağı” İSLAHATI – Papa niyə eynicinslilərin nikahına “hə” dedi?

Vatikanda “göy qurşağı” İSLAHATI – Papa niyə eynicinslilərin nikahına “hə” dedi?

Hazırda oxunan: Vatikanda “göy qurşağı” İSLAHATI – Papa niyə eynicinslilərin nikahına “hə” dedi?

169955

Xəbər verdiyimiz kimi Roma Papası Fransisk keşişlərə eynicinsli cütlüklərə xeyir-dua verməyə icazə verib. 

Papa Fransisk bazar ertəsi günü dəyişikliyi elan edən Vatikanın verdiyi sənədi təsdiqləyib. Mətni təqdim edən Kilsənin prefekti kardinal Viktor Manuel Fernandez bildirib ki, yeni bəyannamə “Kilsənin nikah haqqında ənənəvi doktrinası”nda qalacaq.

O, əlavə edib ki, yeni qaydalar kahinlərə hələ də günah sayılan əlaqələri xeyir-dua verməyə imkan verəcək. Bəyannaməyə görə, xeyir-dua alan insanlardan “əvvəlcədən əxlaqi kamilliyə malik olmaları tələb olunmamalıdır”.

İnsanı dəyərlər necə ayaq altına atılır?

Təbii ki, Vatikanın bu qərarı bütün insani dəyərlərə tüpürmək və bütün dinləri təhqir etməkdən başqa bir şey deyil. Çünki Tanrı evlənmək, dünyaya insan gətirmək və hətta təbii ehtiyacını ödəmək üçün qadın və kişini yaradıb. Eyni cinslə evlənmək isə sadəcə ehtirasdan və vəhşətdən qaynaqlanan bir məsələdir. 

Belə “evlilik”dən nə cəmiyyət, nə də ki, “dünya evi”nə girən cütlük fayda görür. Evliliyin təməl daşı dünyaya yeni insanlar gətirməkdir. Əgər hansısa evlilikdə bu hədəf yoxdursa, deməli bu ayrı-ayrı fərdlərin seçilmək və gündəm yaratmaq istəyidir. 
Belə cəfəng bir fikirə dini liderin “xeyir-dua” verməsi isə onu sübut edir ki, din hələ də çoxları üçün bir alətdir. Bu məsələyə Roma Papası “xeyir-dua” verirsə, bu artıq cahilliyin son mərhələsidir. Və lənətlənməli olan bir qərardır.

“Xristian dinində də belə bir şey yoxdur”

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən ilahiyyatçı Tural İrfanın sözlərinə görə, təbii ki, bu doğru bir addım deyil:

“Hər bir dinin ortaq üç vacib əsasından biri də əxlaqdır. Eyni cinslilərin evliliyinə xeyir - dua vermək din xadiminə yaraşmayan işdir və dinin təməllərini sarsıdan əməldir. Təəssüf edirəm sadəcə. Şübhəsiz ki, bu kimi çirkin işlərə nə Həzrət İsa, nə də Həzrət Məhəmmədin missiyasında yer yoxdur. 

Əksinə, Allah öz dinini ona görə nazil edir ki, yer üzündə belə çirkin işlər olmasın. Quranda bəhs olunan Lut qövmü məhz bu əmələ görə Allah tərəfindən məhv edildi. Lut peyğəmbər öz qövmünü bu çirkin işdən daşındıra bilmədi və nəticədə Allah öz qəzəb qamçısını endirdi. 

Odur ki, indiki zamanda bu əmələ rəvac vermək Allaha üsyan, əxlaqa qarşı çıxmaqdır. Dinlər dünyanı pozğunluğa sürükləmək yox, pozğunluqdan xilas etmək üçün gəlib. Bu məsələ nəinki İslam dini ilə uyğun gəlmir, heç xristian dini ənənələrinə də müvafiq deyil. Təəssüf edirəm”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO