Avropa Parlamentinin pulgir deputatları - FOTO

Avropa Parlamentinin pulgir deputatları - FOTO

Hazırda oxunan: Avropa Parlamentinin pulgir deputatları - FOTO

168525

"Qatarqeyt" bütün Avropanı dolaşır. Söhbət Avropa demokratiyasını aşaraq, Qətərin maraqları üçün lobbiçilik edən Avropa Parlamentinin üzvləri ilə bağlı qalmaqaldan gedir. Məmur elə hər yerdə məmurdur, istər Avropa Parlamentinin məmurları olsun. Bildiyiniz kimi, orda bir avronu belə xəzinədən çıxara bilməzsən. Belə çıxır ki, həmin qurumdakı bütün deputatlar, məmurlar vicdanlıdırlar. Ancaq insan hər yerdə insandır. Maaşlar aşağıdır, maliyyə axınları onlardan yan keçir. İmkan düşəndə isə Avropa Parlamentinin deputatı da həmin anı əldən vermək istəmir. Şübhəli olsa belə 1-2 min avro qazanır və fürsəti əldən vermək istəmir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya "haqqın.az" saytının hazırladığı materialda yer alıb.

Aktuallığını nəzərə alaraq həmin yazını olduğu kimi sizə təqdim edirik:

"2022-ci il dekabrın 9-da Brüsseldə hava rütubətli oldu. Şaxtalı duman şəhəri bürüyəndə polis Avropa İttifaqını sarsıdan korrupsiya qalmaqalı olan "Qatarqeyt"də əsas şübhəliləri həbs edərək reydlərə başladı. Bir gün ərzində polisin bir ildən artıqdır izlədiyi 4 nəfər həbs edildi, evlərində axtarış aparıldı.

Hər bir italiyalı siyasətçi mafiya ilə əlaqəli deyil, lakin onların hər birinin ətrafında qaranlıq bir sxem var. Bu sözləri ədalətli olaraq "Qatarqeyt"in "beyin mərkəzinə" aid etmək olar. Pier Antonio Panzeri Avropa Parlamentini 2019-cu ildə tərk edib. Təqaüddə cansıxıcı olmamaq üçün o, Qərbdə çox məşhur olan "ictimaiyyətlə əlaqələr sahəsində xidmət göstərən" mini QHT təsis edib.

Və sonra bir təsadüf ortaya çıxıb? QHT peyda olan kimi Qətərdən VİP müştəri üzə çıxıb və Panzeriyə qaimə xərclərini nəzərə almadan nağd olaraq 17 min avro ödəyib və bağlanmış əməliyyatın tam məxfiliyini tələb edib.

Yeri gəlmişkən, daha sonra dindirilmələr zamanı Panzeri iddia edib ki, sövdələşmə gizli olduğundan vergi ödəməyib. 


İstintaq zamanı o, özünü Qətərin insan haqlarının qatı müdafiəçisi kimi göstərib və 2022-ci ilin sonunda futbol üzrə Dünya Çempionatından öncə Dohadan əmək qanunlarını təkmilləşdirməyi tələb edib. O, prinsipial olaraq Qətər rəsmilərinə “Mən sizə əl uzadıram, siz islahatlar aparırsınız. Əks halda ölkəniz Avropada qəbul olunmayacaq” deyib.

Lakin onun "prinsipləri" müstəntiqlərdə heç bir təəssürat yaratmayıb və buna görə də 2023-cü ilin yanvarında Panzeri günahını tamamilə etiraf edib və istintaqla sövdələşib.

Digər əsas fiqur, daha doğrusu “qaç, pulu götür, evdə saxla” sxeminin texniki direktoru Françesko Giorgi idi. Panzeri ilə işləyib, "Qatarqeyt"də əli olmaqda şübhəli bilinən Andrea Kozzolinonun gözə çarpmayan köməkçisi olub.


Yeri gəlmişkən, o, Avropa Parlamentinin sədr müavini Eva Kilinin əri, bu məsələdə ən yüksək vəzifəli şəxs idi. O, ümumiyyətlə, dindirilmələr zamanı bildirib ki, neft və qazla zəngin olan Qətərlə münasibətləri yaxşılaşdırmaq istəyib. Sorğu-sual zamanı belə deyib:

“Hər kəs məndən bu yola davam etməyimi istədi".

Yəqin həmkarlarının xahişinə biganə qalmayan adam olub. Yeri gəlmişkən, dindirilmə zamanı deyib ki, mükafat olaraq aldığı 40 min avronu çantasında saxlayır.


Həbs edilən və İtaliyadan olan Avropa Parlamentinin digər deputatı Andrea Kozzolino da hiyləgər bəhanələr uydurmayıb. 

O, qısaca deyib: “Məndə elə təəssürat yaranıb ki, məni aldadıblar”. Bundan sonra səhhətindən şikayət etməyə başlayıb və bildirib ki, həkimlərin tövsiyələrinə əsasən, istənilən sorğu-sual onun üçün əks göstəricidir.


"Qatarqeyt" yeni başlayır. Artıq bu, Avropada siyasətin necə aparıldığını anlamağa imkan verir və Yaxın Şərqdəkindən heç də fərqlənmir.

Avropa İttifaqının ofislərində nə qədərki belə insanlar oturur, Yaxın Şərq və Afrikadan olan müştərilər tərəfindən böyük pul müqabilində nəsə etməyə hazır olacaqlar". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO