Belarusda “vaqnerçilər”in çadır şəhərciyi SÖKÜLÜR - VİDEO

Belarusda “vaqnerçilər”in çadır şəhərciyi SÖKÜLÜR - VİDEO

Hazırda oxunan: Belarusda “vaqnerçilər”in çadır şəhərciyi SÖKÜLÜR - VİDEO

155851

Belarusda “Vaqner” muzdlu həbçilərdən ibarət şirkətin çadır şəhərciyinin sökülməsi davam edir. 

Bizim.Media xəbər verir ki, bu barədə “Planet Labs” xidməti məlumat yayıb. 

Bildirilib ki, avqustun 23-dən etibarən özəl hərbi şirkətin 60-a yaxın iri hərbi çadırı sökülüb. 

Qeyd edək ki, avqustun 23-də – “vaqnerçilər”in qiyamından düz 2 ay sonra – Bakı vaxtı ilə saat 19:20-də Rusiyanın Tver vilayətinin Kujenkino qəsəbəsi ərazisində “Vaqner” özəl hərbi şirkətinin qurucusu və rəhbəri Yevgeni Priqojına məxsus “Embraer Legacy 600” biznes təyyarəsi qəzaya uğrayıb.
Hava gəmisinin göyərtəsində Priqojindən başqa 6 sərnişin, o cümlədən dəstənin komandiri Dmitri Utkin və 3 ekipaj üzvü olub. Ümumilikdə 10 nəfərin öldüyü qəzadan sağ çıxan olmayıb. 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO