“İsgəndər”x9d raketi ABŞ-ın kəşfiyyat peykini tutdu -  FOTOLAR

“İsgəndər”x9d raketi ABŞ-ın kəşfiyyat peykini tutdu - FOTOLAR

Hazırda oxunan: “İsgəndər”x9d raketi ABŞ-ın kəşfiyyat peykini tutdu - FOTOLAR

154233
ABŞ kəşfiyyatı Rusiyanın Kalininqrad vilayətində “İsgəndər-M”x9d operativ-taktiki raketlərini yerləşdirdiyini müəyyən edib.

Virtualaz.org xəbər verir ki, bu barədə Reuters-ə Birləşmiş Ştatların kəşfiyyat cameəsindən bildiriblər. Mənbə raketlərin Kalininqrad vilayətində yerləşdirilməsinin səbəbinin “təhlükə daşımaya biləcəyini”x9d deyib.xa0

Belə ki, Rusiya 2014-cü ildə də hərbi manevrlər çərçivəsində bu raketləri Kalinqradda yerləşdirmişdi. İndi isə ola bilsin ki, “İsgəndər”x9d raketlərinin yerləşdirilməsi NATO-nun hərəkətlərindən narazı qalan Rusiya tərəfindən “güc nümayişidir”x9d. Mənbə belə hesab edir.



Bu məlumatın yayılmasından sonra Rusiya Müdafiə Nazirliyi “İsgəndər-M”x9d raketlərinin Kalinqrad vilayətində yerləşdirildiyini təsdiq edib. Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, komplekslər Kalinqrad vilayətinə “Rusiya silahlı qüvvələrinin döyüş hazırlığı çərçivəsində”x9d yerləşdirilib. Onun sözlərinə görə, hərbçilər raket komplekslərini Kalinqrad vilayətinə aparanda yolüstü ABŞ-ın kəşfiyyat peykinin parametrlərini də dəqiqləşdiriblər. Konaşenkovun sözlərinə görə, “İsgəndər-M”x9d kompleksləri mobildir və onların Kalinqrad vilayətinə aparılması “böyük sirr”x9d təşkil etmirdi.



Konaşenkov ABŞ kəşfiyyatının bu raketlərin Kalinqrad vilayətinə aparılmasını izləyəcəyini əvvəlcədən bildiklərini deyib. Çünki raket qoşunları döyüş hazırlığı planı çərçivəsində ölkə daxilində dəniz, hava və quru yoluyla böyük məsafə qət edir. “Kalinqrad vilayəti də istisna deyil, raket qoşunlarının bu bölmələri əvvəllər də ora yerdəyişmə edib və bundan sonra da edəcək”x9d-Müdafiə Nazirliyinin sözçüsü bildirib.

Konaşenkovun sözlərinə görə, “İsgəndər”x9d komplekslərinin “Ambal”x9d quru yük gəmisi ilə Kalinqrada aparılması məxfi deyildi. “Ancaq daha artığını deyə bilərəm-“İsgəndər”x9dlərdən biri “Ambal”x9da yüklənməzdən əvvəl həmin istiqamətdən uçan Amerika kəşfiyyat peykinin altında qoyuldu və hərbçilər bunun sayəsində peykin işinin parametrlərini müəyyənləşdirdilər”x9d-Konaşenkov deyib.



“The Observer”x9d nəşri isə yazır ki, “İsgəndər”x9dlərin Kalinqradda yerləşdirilməsi Vaşinqtona və şəxsən prezident Obamaya qarşı çağırışdır. “Bu raketlərin Kalininqradda, Baltik respublikalarından qərbdə yerləşdirilməsi NATO-nun bütün şərq cinahını təhdid edir. Varşava və alyansın bir neçə digər üzvü üçün bu addım Karib böhranının Baltik versiyasıdır”x9d-nəşr yazır. “The Observer”x9d qeyd edir ki, 500 kilometr mənzilli “İsgəndər-M”x9d kompleksləri Polşa və Baltik ölkələrindəki hədəfləri vurmağa imkan verir.



Xatırladaq ki, bu günlərdə Rusiyanın Ermənistana da “İsgəndər”x9d kompleksləri verdiyi üzə çıxıb. Lakin nədənsə Qərb NATO üzvü olan Türkiyə ilə sərhəddə bu raketlərin mövcudluğuna dair heç bir şərh verməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO