Soçidə Putinlə Ərdoğanın görüşünə belə hazırlaşırlar - VİDEO 

Soçidə Putinlə Ərdoğanın görüşünə belə hazırlaşırlar - VİDEO 

Hazırda oxunan: Soçidə Putinlə Ərdoğanın görüşünə belə hazırlaşırlar - VİDEO 

153578

Xəbər verdiyimiz kimi, bu gün Rusiya prezidenti Vladimir Putin Soçi şəhərində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacacaq. “İzvestiya” nəşri görüşün hazırlığı ilə bağlı video hazırlayıb.

Bizim.Media xəbər verir ki, iki ölkə liderlərinin görüşünün keçiriləcəyi “Rus” pansionatında son hazırlıq işləri görülür. Artıq jurnalistlər bura toplaşıblar. Danışıqlar zalında iki dövlətin bayraqlarını görmək olar.

Liderlərin danışıqları yaxın bir neçə saat ərzində başlayacaq. Günün əvvəlində Ankaradakı siyasi mənbə bildirib ki, Ərdoğan Putinlə görüşdə ərzaq tədarükü mövzusunu qaldıracaq.
Gündəlikdə, xüsusilə, BMT-nin yeni şərtləri ilə taxıl müqaviləsinin həyata keçirilməsi məsələsi olacaq.

Həmçinin, “Milliyet” qəzeti məlumatlı mənbələrə istinadən yazıb ki, danışıqlar zamanı Türkiyə prezidenti Ukraynadakı münaqişənin həllində vasitəçi olmağa hazır olduğunu bəyan edəcək.

Bundan əlavə, iki ölkə liderlərinin aktual beynəlxalq problemləri və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcəyi gözlənilir.
 


Bizim.Media
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO