"ABŞ Qara dəniz taxıl təşəbbüsünün alternativini axtaracaq" - Blinken

Hazırda oxunan: "ABŞ Qara dəniz taxıl təşəbbüsünün alternativini axtaracaq" - Blinken

146778

"ABŞ və müttəfiqləri Qara dəniz taxıl təşəbbüsünü əvəz etməyin yollarını axtaracaqlar, lakin eyni miqyasda alternativ tapmaq asan olmayacaq".

Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken jurnalistlərə bildirib.

“Biz baxacağıq ki, Ukraynanın kənd təsərrüfatı məhsullarını dünya bazarına çıxarmağın başqa yollarını tapmaq üçün daha nələr etmək olar. Amma eyni miqyasda əvəzedici tapmaq çox çətindir”, - deyə dövlət katibi əlavə edib.

Onun sözlərinə görə, Rusiyanın taxıl sazişindən çıxmaq qərarı alternativ yolların axtarışına mənfi təsir göstərə bilər, çünki Moskva Ukraynadan hər hansı ixracın əleyhinə olarsa, digər ölkələr və şirkətlər gəmilərinin və işçilərinin başına nə gələcəyindən çox narahat olacaqlar.

“Rusiyanın bugünkü qərarının nəticəsi qiymətlərin qalxması oldu. Biz artıq bazarların buna reaksiyasını görürük, qiymətlər artıq qalxır. Saziş mümkün qədər tez bir zamanda bərpa edilməlidir”, - deyə Entoni Blinken vurğulayıb.
İyulun 17-də Moskva Ankaraya, Kiyevə və BMT-yə taxıl sazişinin uzadılması ilə bağlı etirazını göndərib. RF XİN bəyan edib ki, Kreml taxıl sazişinin bərpası məsələsini yalnız razılaşmanın Rusiyaya aid hissəsi reallaşacağı halda nəzərdən keçirə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO