“Türkiyə və Azərbaycan bundan sonra da xainlərə qarşı birgə hərəkət edəcək” - SƏFİR

Hazırda oxunan: “Türkiyə və Azərbaycan bundan sonra da xainlərə qarşı birgə hərəkət edəcək” - SƏFİR

146350

“Türkiyə və Azərbaycan bundan sonra da xainlərə qarşı birgə hərəkət edəcək”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Demokratiya və Milli Birlik Günü” münasibətilə keçirilən anım tədbirindəki çıxışı zamanı deyib.

“FETÖ qlobal şəkildə öz fəaliyyətini hələ də davam etdirir və sülhə qarşı öz xain planlarını hər zaman həyata keçirməyə çalışır”, - səfir vurğulayıb.

Onun sözlərinə görə, FETÖ bu gün də aktiv olaraq fəaliyyətdədir və hər zaman ilk fürsətdə Türkiyəyə qarşı xain addımlar atmağa çalışır:

“Onlar vətən xainidir və türk xalqı onları qəbiristanlıqlara belə girməyə icazə verməyib”.

“Yedi il əvvəl 15 iyulda həlak olmuş 251 nəfər şəhidimizi hər zaman hörmətlə anacağıq və onların əziz xatirəsini daim yad edəcəyik”.

C.Bağçı vurğulayıb ki, Türkiyə və Azərbaycan bundan sonra da xainlərə qarşı birgə hərəkət edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO