Priqojin Putinin bu təklifini RƏDD ETDİ

Hazırda oxunan: Priqojin Putinin bu təklifini RƏDD ETDİ

146182

“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin Rusiya prezidenti Vladimir Putinin hərbi şirkətin komandirlərinə Seda çağırış işarəsi olan komandirin tabeliyində xidmət etmək təklifindən imtina edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya dövlət başçısı “Kommersant”a müsahibəsində bildirib.

Rusiya lideri qeyd edib ki, o, “Vaqnerçilər”ə bir neçə iş variantı təklif edib.

“Onlar üçün heç nə dəyişməzdi. Onlara hər zaman həqiqi komandirlik edən eyni şəxs rəhbərlik edəcəkdi. Mən bunu deyəndə çoxları başını tərpətdi”, - Putin bildirib.
Lakin onun sözlərinə görə, komandirlərin qarşısında əyləşən Priqojin bunu görməyib. "Vaqner" rəhbəri Rusiya liderini dinlədikdən sonra o, “uşaqların belə bir qərarla razı olmadığını” deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO