Putin Stokholmda Quranın yandırılmasına münasibət bildirdi - VİDEO

Putin Stokholmda Quranın yandırılmasına münasibət bildirdi - VİDEO

Hazırda oxunan: Putin Stokholmda Quranın yandırılmasına münasibət bildirdi - VİDEO

144171

Rusiya prezidenti Vladimir Putin Stokholmda Quranın yandırılmasından danışarkən Böyük Pyotrun komandanlığı altında olan rus ordusunun isveçlilər üzərində qələbəsini xatırladıb.

Bizim.Media xəbər verir ki, Rusiya dövlət başçısı Dərbənddəki məscidə səfəri zamanı vurğulayıb ki, bəzi ölkələrdə Rusiyadan fərqli olaraq dindarların hisslərinə hörmət edilmir və müqəddəs kitabların yandırılması cinayət sayılmır:

“İsveçdə Quran yenidən yandırılıb. Böyük Pyotr onlar üçün kifayət deyil”.

O xatırladıb ki, Rusiyada konfessiyalararası nifrətin qızışdırılması qanunla cinayət sayılır. Onun sözlərinə görə, xristianlar və müsəlmanlar arasında qarşılıqlı hörmət və qardaşlıq münasibətləri Rusiya xalqının birliyini möhkəmləndirir.
Qeyd edək ki, iyunun 28-də Stokholmun mərkəzində iraqlı mühacir müsəlmanların müqəddəs Qurban bayramında namaz qılarkən Quranı yandırıb və iki protokol alıb.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO