Türk ordusu dünyanın ən güclü ordusu sırasında 10-cu, müsəlman dünyasında birinci yerdədir

Türk ordusu dünyanın ən güclü ordusu sırasında 10-cu, müsəlman dünyasında birinci yerdədir

Hazırda oxunan: Türk ordusu dünyanın ən güclü ordusu sırasında 10-cu, müsəlman dünyasında birinci yerdədir

143116
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, İsveçrənin Credit Suisse bankı 2015-ci il üçün dünyanınən güclü 20 ordusunun siyahısını hazırlayıb. Türkiyə bu sırada 10-cu yeri tutub.
Siyahıya əsasən Türkiyə dünyanın ən güclü orduları sırasıında 10-cu yeri tutsada, müsəlman alımində birinci yerdədir.
Belə ki, hazırda Türk Silahlı Qüvvələrində 358 general və admiral,  270 970 zabit olmaqla, bütövlükdə 570 111 hərbçi personal xidmət göstərir.
General və admiralların 325 quru, dəniz və hava hərbi qüvvələrində, jandarmeriya qüvvələrində 32, Sahil təhlükəsizlik qüvvələrində isə 1 general xidmət edir.

Türk ordusunun illik büdcəsi isə 18,2 mlrd dollar təşçkil edir.
Dünyanın ən güclü ordusu siyahısına ABŞ liderlik edir. Bu ölkənin ordusunun büdcəsi 601 mlrd dollar, orduda  xidmət edənlərin sayı 1 400.000, 8 848 tankı, 13 892 savaş təyyarəsi və 72 sualtı  gəmisi var.
İkinci yeri Rusiya tutur ki, bu ölkənin ordusunun büdcəsi 84,5 mlrd dollar, hərbçi sayı 766 055 nəfər,  15 398 tankı, 3 429 savaş təyyarəsi və 55 sualtı gəmisi var.

Üçüncü yeri Çin tutur. Bu ölkənin hərbi büdcəsi 216 mlrd dollar. Hərbçi sayı 2 333 000, 9 150 tankı, 2860 savaş təyyarəsi, 67 sualtı gəmisi var.
4-cü yeri Yaponiya bölüşür ki,  bu ölkənin hərbi büdcəsi 41.6 mlrd dollar, hərbçi sayı 247 173 nəfər,  678 tank, 1 613 savaş təyyarəsi və 16 sualtı gəmisi var.
5-ci yeri Hindistan tutur. Bu ölkənin hərbi büdcəsi 50 mlrd dollar təşkil edir. 1 325000 hərbçisi, 6 464 tankı, 1905 savaş uçağı və 15 sualtı gəmisi var.

 6-cı yeri Fransa  tutur ki, bu ölkənin hərbi büdcəsi 62,3 mlrd dollar təşkil edir. Hərbçilərinın sayə 202 761 nəfər, 423 tankı, 1264 savaş təyyarəsi, 10 sualtı gəmisi var.
Ən maraqlısı orasındadır ki, bu siyahıda Cənubi Koreya 7-ci yeri, 11-ci yeri Pakistan, 12-ci yeri Misir, 13-cü yeri Tayvan, 16-ci yeri  Tailand, 17-ci yeri Polşa, 19-cu yeri İndoneziya kimi ölkələr tutur. 
Ancaq Almaniya kimi bir ölkə bu siyahıda 18-ci yeri, Kanada 20 yeri tutur. İtaliya 8-ci, ingiltərə 9-cu, İsrail 14-cü yeri bölüşür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO