İranda körpələr evində molla uşaqlara İŞGƏNCƏ VERDİ – FOTO  

İranda körpələr evində molla uşaqlara İŞGƏNCƏ VERDİ – FOTO  

Hazırda oxunan: İranda körpələr evində molla uşaqlara İŞGƏNCƏ VERDİ – FOTO  

141060

İranda mollanın rəhbərlik etdiyi körpələr evində uşaqlara işgəncə verilir.

Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalında məlumat paylaşılıb. 

Bildirilib ki, Tehranda çıxan Etemad qəzeti sahibsiz uşaqlar üçün sığınacaq mərkəzində qalan azyaşlılara qarşı fiziki işgəncə və zorakılıq halları barədə məlumatlı mənbələrə istinadən sığınacaqdakı tərbiyəçilərin molla olduğunu yazıb. 
Qəzet “Qalıcı əzab” başlıqlı xəbər dərc edərək, İranın “Mehr-e Mandeqar” Xeyriyyə Cəmiyyətinin nəzdində fəaliyyət göstərən körpələr evində 7-8 yaşlı uşağın gecə yatarkən “yerini islatdığına” görə işgəncəyə məruz qaldığını bildirib. 

Hadisə ilə bağlı mərkəzin keçmiş dayələrindən biri deyib:

“Müəssisənin direktoru və bir dayə həmin uşağın əlini ütü ilə yandırıb, sonra da tarakanla dolu binanın köhnə hamamına bağlayıblar. Bir həftə ərzində yemək əvəzinə ona quru çörək və su veriblər”. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO