Roma Papası bu gün əməliyyat OLUNACAQ

Roma Papası bu gün əməliyyat OLUNACAQ

Hazırda oxunan: Roma Papası bu gün əməliyyat OLUNACAQ
140229
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Papa Fransisk bu gün ümumi audensiyadan sonra bağırsağından əməliyyat olunacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti məlumat yayıb. 

Bildirilir ki, cərrahi müdaxilə Aqostino Cemelli Universiteti Xəstəxanasında ümumi anesteziya altında həyata keçiriləcək.

86 yaşlı pontifik üçün sözügedən tibbi prosedur residiv, ağrılı və pisləşən sindromlara səbəb olan yırtığa görə zəruri olub. 

Xatırladaq ki, Roma Papası 2021-ci ildə də bağırsağından əməliyyat olunub.  Bu il isə respirator infeksiya diaqnozu ilə Romada xəstəxanaya yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO