Ukrayna ordusu Luqansk vilayətində 400 metrədək irəlilədi

Ukrayna ordusu Luqansk vilayətində 400 metrədək irəlilədi

Hazırda oxunan: Ukrayna ordusu Luqansk vilayətində 400 metrədək irəlilədi

139675

Ukrayna hərbçiləri Svatovsk rayonu (Luqansk vilayəti) istiqamətində Rusiya silahlı birləşmələrinə qarşı uğurla əks hücuma keçərək 400 metrədək irəliləməyə nail olub.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib.

Sırskinin sözlərinə görə, Rusiya ordusu qruplaşmalarını məhbuslardan ibarət “Ştorm Z” hücum dəstələri ilə gücləndiriblər. Düşmən Maksyutovka, Novoselovskoye, Kuzemovka, Makeevka, Beloqorovka və digər ərazilərdə hücuma keçiblər.
General-polkovnik müxtəlif ərazilərdə irəliləyən ukraynalı müdafiəçilərin uğurlu işini qeyd edib.

Sırski, həmçinin 80-ci əlahiddə hava hücumu briqadasının döyüşçülərinin İvanovski meşəsi ərazisindəki ərazinin əhəmiyyətli bir hissəsini azad etdiyini söyləyib. Söhbət Baxmut istiqamətində meşəlik ərazidən gedir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO