Rusiya və Türkiyə tanklarının müqayisəsi   - Video

Rusiya və Türkiyə tanklarının müqayisəsi - Video

Hazırda oxunan: Rusiya və Türkiyə tanklarının müqayisəsi - Video

139205
Yutub portalında Rusiyanın T-90 tankı ilə Türkiyənin “Altay”x9d tankının müqayisəsini əks etdirən maraqlı video yayımlanıb.
 
T-90 Rusiya istehsalı olan 3-cü nəsil müharibə tankıdır. Körfəz müharibəsində (1990-1991-ci illər ”“ red.) T-72-lərin ABŞ-ın Abrams M1A1 tanklarına qarşı müvəffəqiyyətsiz olması nəticəsində inkişaf etdirilməyə başlanıb. T-90 tankları 5 km uzaqlıqda olan düşmənin istənilən tip zirehli texnikasını 100 faiz dəqiqliklə məhv etmək imkanına malikdir. Gecə-gündüz görüntüsünə malik optik lazer-nişangah tank hərəkətdə olarkən belə hədəfi nişan almaq və ya nişangahı hədəf üzərində saxlamaq imkanı yaradır. Tank üzərində quraşdırılan “Kord”x9d pulemyotu isə hava hədəflərinin məhv edilməsində kifayət qədər ciddi silahdır.
 
T-90 tanklarının çəkisi 50 tondur, heyəti isə 3 nəfərdən ibarətdir.
 
“Altay”x9d Türkiyənin 3-cü nəsil müharibə tankıdır. Tanka Qurtuluş savaşında süvari alayın komandiri olmuş Fəxrəddin Altayın adı verilib.
 
Tankın kütləvi istehsalına 2018-ci ildə başlanması planlaşdırılıb. İlk mərhələdə türk ordusu üçün 250 tank istehsal olunacaq.
 
Ağırlığı 65 tondur, heyəti isə 4 nəfərdən ibarətdir.(Axar.az)
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO