Ankara Ərdoğan və Obamanın görüşünün təşkili üzrə iş aparır...

Ankara Ərdoğan və Obamanın görüşünün təşkili üzrə iş aparır...

Hazırda oxunan: Ankara Ərdoğan və Obamanın görüşünün təşkili üzrə iş aparır...

128908
Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Barak Obamanın görüşü barədə məsələ hələ həll edilməyib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə türk liderinin nümayəndəsi İbrahim Kalın bildirib.

“Bildiyiniz kimi, bu, ikitərəfli səfər deyil. ABŞ-da nüvə təhlükəsizliyi üzrə sammit keçiriləcək, orada çox sayda iştirakçı və görüşlər olacaq. Liderlərin proqramları çox gərgindir. İndi biz ABŞ prezidenti Barak Obama ilə görüşün təşkili üzərində çalışırıq”x9d, - o deyib.

Kalın Ərdoğanın ABŞ-dakı “görüşünə dair söhbətlərə qulaq verməməyə”x9d çağırıb. Belə ki, Amerika-türk münasibətlərinin vəziyyəti haqqında “müəyyən ictimai fikrin formalaşmasına dair kampaniya aparılır”x9d. xa0xa0

“Bundan başqa, liderlər sammitdə gün yarım bir yerdə olacaqlar. Və onlar təhlükəsizlik mövzularını müzakirə edəcəklər”x9d, - Kalın bildirib. xa0

Daha öncə “Wall Street Journal”x9d qəzeti Obamanın Ərdoğanın “Türkiyə tərəfindən inşaatı maliyyələşdirilən məscidin açılışında bərabər iştirak etmək”x9d haqqında təklifini qəbul etməməsinə dair məlumat yaymışdı.

Bundan başqa, “ABŞ prezidentinin “İslam dövləti”x9d (İŞİD) ilə mübarizədə həyati mühüm müttəfiq olan türk tərəfdaşı ilə təkbətək rəsmi görüşə dair planı yoxdur”x9d, - nəşr bildirmişdi.

Ərdoğanın ABŞ-a səfəri martın 29-na nəzərdə tutulub. Səfər aprelin 4-dək davam edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO