Donald Tramp daha 2 ştatda qalib gəlib...

Donald Tramp daha 2 ştatda qalib gəlib...

Hazırda oxunan: Donald Tramp daha 2 ştatda qalib gəlib...

125671
ABŞ-da prezidentliyə namizədləri müəyyən etmək üçün Respublikaçı və Demokrat partiyaları daxilində ilkin seçki yarışı davam edir

Martın 8-də respublikaçıların Missisipi ştatında  keçirdiyi ilkin seçkilərdə Donald Tramp qalib gəlib.

 D. Tramp 47%, onun əsas rəqibi Ted Kruz isə 36 faiz səs alıb.
 
Missisipidə demokratların yarışında böyük səs faizi ilə Hillari Klinton qalib gəlib. O səslərin 83 faizini, yeganə rəqibi Berni Sanders isə 16 faizini toplayıb.
 
Miçiqan ştatında respublikaçıların mübarizəsində yenə Tramp qalib gəlib. O, 36%, T. Kruz isə 25% səs alıb. Eyni ştatda demokratların səsverməsində Berni Sanders 50% səs toplayaraq 1-ci, Hillari Klinton isə 48% səslə 2-ci olub.
 
Respublikaçılar Aydaho ştatında da ilkin seçki keçirib. Bu ştatda 44% səs yığan Ted Kurz qalib gəlib. Donlad Tramp isə 28% səs alıb.
 
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri bu il noyabrın 8-də keçiriləcək. Demokratlar və Respublikaçılar öz namzədlərini iyul ayında rəsmən elan edəcəklər.(apa)
m
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO