"Pənçə-Kilit" əməliyyatında 523 terrorçu məhv edilib" - Hulusi Akar

Hazırda oxunan: "Pənçə-Kilit" əməliyyatında 523 terrorçu məhv edilib" - Hulusi Akar
122506
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Pənçə-Kilit" əməliyyatında indiyədək 523 terrorçu məhv edilib".

Bizim.Media "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar deyib.

Onun sözlərinə görə, bu ilin yanvar ayından bəri isə 261 terrorçu zərərsizləşdirilib:

"Terrorçuların sığınacaqlarını məhv edirik və buna davam edəcəyik. İraqla sərhəddəki 302 kilometrlik sahənin xeyli hissəsi terrorçulardan təmizlənib. Həmin ərazi nəzarətimizdədir".

H.Akar vurğulayıb ki, ölkədə baş verən zəlzələlələrin fəsadlarının aradan qaldırılması üçün fədəkarlıqla çalışan hərbçilər sərhəd təhlükəsizliyi və terrorla mübarizə sahəsindəki işləri də eyni qətiyyətlə davam etdirirlər.
Qeyd edək ki, "Pənçə-Kilit" Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında terrorçulara qarşı keçirdiyi əməliyyatdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO