ABŞ-ın Ukraynaya 2,2 milyardlıq yeni yardım paketində hansı silahlar var? – SİYAHI   

ABŞ-ın Ukraynaya 2,2 milyardlıq yeni yardım paketində hansı silahlar var? – SİYAHI   

Hazırda oxunan: ABŞ-ın Ukraynaya 2,2 milyardlıq yeni yardım paketində hansı silahlar var? – SİYAHI   

118434

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya 2.2 milyard dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb.

Bizim.Media Qərb mətbuatına istinadən xəbər verir ki, yeni yardım paketinə aşağıdakı silah-sursat və hərbi ləvazimatlar daxildir:

-HIMARS (YARS) üçün əlavə sursat;

-155 mm-lik artilleriya və 120 mm-lik minataatanlar üçün əlavə mərmilər;

-Pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə aparmaq üçün termal nişangahlar;

-190 ədəd ağır pulemyot;

-181 ədəd minaya qarşı qorumalı (MRAP) zirehli maşın;

-250 ədəd “Javelin” tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksi;

-2000 ədəd zireh əleyhinə raket;

-“Claymore” piyada əleyhinə mina;

-Əlavə hərbi təchizat, dəbilqə və sahə avadanlıqları;

-Zenit silah sistemləri və onlar üçün döyüş sursatı;

-Qərb istehsalı HHM sistemlərini, raketləri və radarları Ukraynanın hava hücumundan müdafiə sistemlərinə inteqrasiya etmək üçün lazımi avadanlıq;

-HHM sistemləri üçün generatorlar;

-Pilotsuz uçuş vasitələri;

-4 ədəd hava müşahidə radarı;

-PUMA PUA-ları;

-İdarə edilə bilən raketlər;

-Təhlükəsiz rabitə vasitələri;

-Tibbi ləvazimatlar;

-Təlim, texniki xidmət.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO